backend

6 tələbənin ölümünə səbəb olan sürücü: "Qan almaq istəyirsinizə…"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olmaqda təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxış edib.  N.Hüseynov özünə güllənmə cəzası tələb edib: “Bu cəza mənim ömrüm boyu üzərimdədir. Qan almaq istəyirsinizə, 5 övladım var, onları da salın içəri ölsünlər. Görək, onda uşaqlarınız geri qayıdacaq?”.
Bu zaman prosesdə təqsirləndirilən şəxslə zərərçəkmişlər arasında mübahisə düşüb.
Prosesdə fasilə elan edilib.