“Əgər bu mümkün olmazsa, hərbi əməliyyatlar qaçınılmaz olacaq”- Millət vəkilibackend

“Əgər bu mümkün olmazsa, hərbi əməliyyatlar qaçınılmaz olacaq”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın Ermənistandakı səfiri Mehdi Sobhani Ermənistan mətbuatına açıqlamasında Ermənistanın Qazaxın işğal olunmuş kəndlərindən dördünün Azərbaycana qaytarılması barədə qərarını şərh edərkən Tehranın hadisələri diqqətlə izlədiyini bildirməsi, gərginliyin artması ilə bağlı söhbət bizi qane etmir, istənilən problem dialoq yolu ilə həll edilməlidir, odu su ilə doldurmaq lazımdır, neft əlavə etsən, alovlanacaq deməsi səfirin özünə aid olmayan məsələlərə qarışması deməkdir. Mehdi Sobhani İran-Ermənistan arasındakı diplomatik əlaqələrə dair şərh versə, yaxşı olardı. Belə ki, Azərbaycanın öz suveren ərazilərinin qaytarılmasını tələb etməsindən narahat olmasın. Mehdi Sobhaniyə sual vermək istəyirəm ki, İranın 8 kəndi Ermənistanın işğalı altında olsaydı İran necə hərəkət edərdi? Təbii ki, İran Ermənistanın üzərində çoxdan qoşun yeritmişdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan həmişə olduğu kimi yenə məsələlərə səbrlə yanaşır və danışıqlar yolu ilə 8 kəndini işğaldan azad etməyə çalışır:

“Əks halda bizim başqa yolumuz qalmayacaq. Necə ki, 30 ildə torpaqlarımızı işğaldan azad etmək üçün müxtəlif platformalarda danışıqlar apardıq və sonda danışıqların heç bir nəticəsi olmadığına görə 44 günlük müharibə aparmağa məcbur olduq. O cümlədə, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın icrasını da üç il gözlədik. Ermənistanla danışıq dili işləmədiyinə görə lokal xarakterli antiterror tədbirləri keçirməklə ərazilərimizdə suverenliyi bərpa etməli olduq.

Bu gün yenə də Azərbaycan Ermənistana danışıqlar yolu ilə kəndlərinin qaytarılmasını təklif edir. Əgər bu mümkün olmazsa, hərbi əməliyyatın aparılması qaçınılmaz olacaq. Cənab səfir Azərbaycana görə narahat olmasın. Əgər gərginlik istəmirsə, Ermənistana çağırış edib ona aid olmayan Azərbaycanın suveren ərazilərini sülh yolu ilə geri qaytarılmasına çalışsın”.

//Gülnarə Abasova, Editor.az