10 gündür axtarılan qızcığazın cansız bədəni tapılıbbackend

10 gündür axtarılan qızcığazın cansız bədəni tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mersində 10 gündür axtarışda olan 3 yaşlı Müslüme Yağalın cansız cəsədi itdiyi yerdən 7 kilometr aralıda tapılıb.

Editor.az türk mediasına istinadən xəbər verir ki, qış mövsümü səbəbiylə Mersinin sahil bölgələrində qalmaq üçün köç edən ailədə azyaşlı Müslümənin dünən havanın qaralması ilə əlaqədar fasilə verilən axtarışlarına səhər saat 10-da davam etdirilib. Xilasetmə, polis, komando və bələdiyyə qruplarının iştirak etdiyi işə yerli sakinlər də dəstək verib. Araşdırmalarda Antalya İl Jandarma Komandanlığının tərkibində olan “Pense” adlı bir kadavra itindən də istifadə edilib.

İtkin düşən qızın cəsədi çadır yerindən aralıda, meşədə tapılıb. Meyitlə bağlı araşdırma davam edir.

Qeyd edək ki, Noyabrın 10-da Gülnar rayonunun Yanışlı Məhəlləsi kəndi ərazisində çadır qurarkən 3 yaşlı qızı Müslümənin yoxa çıxdığını görən qızcığazın ailəsi ərazidə axtarış apararaq vəziyyəti aidiyyatı üzrə məlumatlandırıb.

//Gülnarə Abasova, Editor.az