11 yaşlı Rasimin itkin düşməsi ilə bağlı YENİ FAKTLARbackend

11 yaşlı Rasimin itkin düşməsi ilə bağlı YENİ FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevdən hələ də xəbər yoxdur. Boztəpə kanalında batdığı ehtimal edilən Rasim 2 aya yaxındır ki, axtarılır.

Editor.az news24.az-a istinadən xəbər verir ki, azyaşlının ola biləcəyi ehtimal olunan su kanallarında Azərbaycan Respublikası Fövləqadə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən axtarış tədbirləri aparılıb, lakin nəticə əldə etmək mümkün olmayıb”.

Açıqlamada qeyd edilib ki, faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Azyaşlının tapılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən zəruri bütün tədbirlər icra olunur.

Məlumat üçün bildirək ki, Rasimin ailəsi onun axtarışları ilə bağlı ARB TV-də yayımlanan “Səni Axtarıram” verilişinə də qatılıb. Həmin verilişdə hadisə ilə bağlı sosial şəbəkələrdə paylaşılan xəbərlərə yazılan şərhlər də müzakirəyə çıxarılıb. İzləyicilərdən biri azyaşlının TIR sürücüsü tərəfindən vurulduğunu və bundan sonra kanala atıldığını iddia edib.