“2024-cü il üçün əsas hədəf birrəqəmli inflyasiyanın əldə edilməsidir”- Millət vəkili ŞƏRH EDİRbackend

“2024-cü il üçün birrəqəmli inflyasiyanın əldə edilməsidir”-Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnflyasiyanın optimallaşdırılması və ya birrəqəmli həddə qədər endirilməsi prioritet məsələdir”.

Bu sözləri Editor.az-a AMB sədri Taleh Kazımovun mətbuat konfransında ilin sonunadək illik inflyasiyanın 4,3 faiz olacağının proqnozlaşdırılması ilə bağlı fikrinə münasibət bildirərkən millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2024-cü il üçün əsas hədəf məhz birrəqəmli inflyasiyanın əldə edilməsidir:

“Birrəqəmli inflyasiyanın əldə olunması və optimal saxlanılması çox vacibdir. Çünki nəticə etibarilə bu həm sosial təminat baxımından, həm də vətəndaşların əməkhaqları və pensiyalarının qorunub saxlanılması üçün mühüm məsələdir. Eyni zamanda baş tutacaq artımların sosial təminatına daha çox təsir göstərməsi aspektindən də önəmlidir”.

Deputat bildirib ki, idxal inflyasiyasının təsirləri də müəyyən qədər azalır: “Bu isə ondan xəbər verir ki, biz 2024-cü ildə qiymətlərin 2023-cü ilə nisbətən daha az artmasını müşahidə edə bilərik. Yəni, hazırkı vəziyyətdə inflyasiyanın birrəqəmli olması ilə bağlı imkanlar mövcuddur. Buna görə də 2024-cü ildə inflyasiyanın birrəqəmli olması olduqca gözlənilən və proqnozlaşdırılan əsas məsələdir”.

//Səbinə Hüseynli, Editor.az