Ermənistan bu texnikalarla regionda böyük gücə çevrilir?-ŞƏRHbackend

Ermənistan bu texnikalarla regionda böyük gücə çevrilir?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Hindistandan almaq istədiyi “MArG 155/39” özüyeriyən haubitsalar və “Pinaka” raket kompleksləri haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki  Sadiq Akyar bəyan edib ki, Ermənistan ötən ilin dekabr ayında da Hindistandan “Konkurs-M” raketləri və ATAGS topları almaq üçün aktiv danışıqlar aparırdı.

Türkiyəli polkovnik bu silahların alınmasının İrəvan üçün effektiv olacağını söyləyib. Maraqlıdır ki, azərbaycanlı siyasi ekspertlər bu haqda nə düşünür?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, Ermənistan bu gün öz silahlı qüvvələrini hansısa formada Azərbaycana bənzətməyə çalışır:

“Lakin hər kəsə məlumdur ki, İrəvanın heç vaxt belə bir potensialı ola bilməz. İstər hərbi, istərsə də müdafiə sənayesi sahəsində Azərbaycanla heç bir formada müqayisə ediləcək ölkə deyil. Bu gün İrəvanın Dehlidən aldığı “Konkurs-M” raketləri, “Pinaka” raket kompleksləri və almağı düşündüyü ATAGS topları dünya hərb texnologiyasında sınaqdan keçməyib. Faktiki olaraq alınan bu texnikaların hansı formada tətbiq olunacağını bilmirik. Bu silahlar heç Hindistan ordusu tərəfindən də istifadə olunmayıb. “Pinaka”ların hansı hərbi əməliyyatlarda uğur qazanması perspektivlərindən bəhs olunmayıb”.

Politoloq hesab edir ki, Ermənistan hakimiyyəti büdcədən növbəti dəfə pullar silmək, rüşvət və korrupsiyanı müdafiə etmək üçün bu cür addımlar atır:

“Lakin məlum məsələdir ki, təkcə müdafiə sənayesi məhsulları və silahlar deyil, ümumiyyətlə, bir ordunun gücünü göstərən ən əsas nüanslardan biri hərbi-psixoloji durumun da sağlam olmasıdır. Bu gün Azərbaycan təkcə hərbi sahədə deyil, həm də ordudakı mənəvi-psixoloji vəziyyətə görə kifayət qədər yüksək mövqedədir. Bu halda Ermənistanın hansısa bir formada bizimlə rəqabət aparmaq və ya bu sahədə atdığı addımların ölkəsinə üstünlük qazandıracağını düşünmək sadəlövhlük olardı. Bu prosesdə Dehli də itkilərə məruz qalır. Çünki sırf Azərbaycanla Pakistanın müttəfiqliyinə görə İrəvanın hiyləgər siyasi oyununda iştirak etməsi ona heç bir formada başucalığı gətirmir”.
 
//Safura Bənnayeva, Editor.az