3 aylıq körpəyə işgəncə verən ata saxlanılıb-FOTO/VİDEObackend

3 aylıq körpəyə işgəncə verən ata saxlanılıb-FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaziantepdə atası tərəfindən işgəncələrə məruz qalan 3 aylıq körpənin görüntüləri yayılıb.

Editor.az türk mediasına istinadən xəbər verir ki, Qaziantep Qubernatorluğu tərəfindən Atanın nəzarətə alındığını açıqlanıb.

Xəstəxanada müalicə alan körpənin başından travma aldığı və həyati təhlükəsinin olduğu bildirilib. Qaziantepin Şahinbey qəsəbəsində 3 aylıq körpə ağladığı üçün atası tərəfindən dəhşətli şəkildə döyülüb. Qatil atanın balaca körpəyə işgəncə verdiyi qandonduran anlar kameralara düşüb. Görüntülərdə ağlayan körpəni dəfələrlə vuran atanın ananın otağa girməsi ilə şiddətinə son qoyduğu görünür. Döyülmə görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra araşdırmalara başlanıb.

Qaziantep Qubernatorluğu 3 aylıq körpəsini döyən atanın nəzarətə götürüldüyünü, uşağının isə xəstəxanaya aparıldığını açıqlayıb.

//Gülnarə Abasova, Editor.az