Bu gün Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda bir-birindən maraqlı qarşılaşmalar azarkeşləri gözləyir.
Turun ilk oyunları 20:45-də A və C qruplarında start götürəcək.
A qrupunda “Brügge” evində “Mançester Siti”ni qəbul edəcək. İki oyundan sonra Belçika təmsilçisi 4 xalla ikinci, “şəhərlilər” isə 3 xalla üçüncü pillədə qərarlaşıb.
C qrupunda isə eyni vaxtda “Beşiktaş” İstanbulda “Sportinq”i qonaq edəcək. Hər iki kollektiv qrupda ilk xallarını qazanmaq uğrunda mübarizə aparacaq.
Qrup mərhələsinin digər qarşılaşmaları isə 23:00-da start götürəcək:
A qrupu:
PSG – “Leypsiq”
B qrupu:
“Atletiko” – “Liverpul”
“Porto” – “Milan”
C qrupu:
“Ayaks” – “Borussiya”
D qrupu:
“İnter” – “Şerif”
“Şaxtyor” – “Real”
Bu gün həmçinin UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində bir qarşılaşma baş tutacaq.
G qrupunda keçirdiyi ilk 2 qarşılaşmasında məğlub olan “Seltik” və “Ferentsvaroş” kollektivləri münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma saat 18:30-da start götürəcək.