Alimlər və iqtisadçılar tərəfindən müstəqil şəkildə qurulan İnflyasiya Araşdırma Qrupu (ENAG) avqust ayında inflyasiyanın yüzdə 5,86 artdığını və illik inflyasiyanın yüzdə 181,37 olduğunu bildirib.
Editor.az ENAG-ın məlumatına istinadən xəbər verir ki, İstehlak Qiymətləri İndeksi (E-CPI) avqust ayında 5,86 faiz artıb. Son 12 ayda e-CPI artımı 181,37% olub.
ENAG-ın paylaşdığı məlumatlara görə, ilin əvvəlindən inflyasiya 91,62 faiz təşkil edib.
//Gülnarə Abasova, Editor.az