Kiyev vilayəti raket atəşinə tutuldubackend

Kiyev vilayəti raket atəşinə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün – aprelin 28-i səhər saatlarında Kiyev vilayətinin Ukrainka şəhərində Rusiyanın kütləvi raket zərbəsi zamanı raket parçaları hündürmərtəbəli binaya düşüb.

Editor.az xəbər verir ki, bu barədə VHA rəhbəri Ruslan Kravçenko deyib. Onun sözlərinə görə, nəticədə bir qız yaralanıb və “Oxmatdet”ə aparılıb: “Təəssüf ki, Ukrainka şəhərində Rusiya raketinin parçalarının düşməsi nəticəsində çoxmərtəbəli binaya ciddi ziyan dəyib. 5-ci və 6-cı mərtəbələrdəki mənzillərə ziyan dəyib. Yanğın baş verib.

Yanğın saat 5:30-da lokallaşdırılıb”. Kiyev VHA rəhbəri əlavə edib ki, bütün müvafiq xidmətlər yerində işləyir. İnsanlar ehtiyac duyduqları yardımı alırlar.

  //Samir Qurbanov,Editor.az