Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var – VİDEObackend

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar.

Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb.

Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar.

Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsinə aparılıb.

Onların hamısı Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə həbs edilib.

Qeyd olunur ki, hazırda Kirantsa bütün giriş-çıxış bağlanıb.