Ceff Bezosun əsasını qoyduğu Blue Origin şirkətinə məxsus New Glenn raketi Mars missiyasının bir hissəsi olaraq ABŞ-ın Floridadakı Cape Canaveral Kosmik Stansiyasından uğurla fəzaya buraxılıb.
Editor.az xəbər verir ki, şirkətin məlumatına görə, Marsa göndərilməsi planlaşdırılan iki eyni peyki daşıyan raketin birinci mərhələ gücləndiricisi missiyanı yerinə yetirdikdən sonra uğurla eniş edib və peyklər nəzərdə tutulan orbitə çatdırılıb.
Qeyd edək ki, New Glenn raketi özünün ilk sınaq uçuşunu bu ilin yanvar ayında həyata keçirib.
//Gülnarə Abasova, Editor.az

