ABŞ: “Çin prezidenti Putinlə görüşəcək”backend

ABŞ: “Çin prezidenti Putinlə görüşəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ mətbuatında yer alan xəbərlərdə Si Cinpinin Rusiyaya gedəcəyi lakin dəqiq tarixin məlum olmadığı iddiası irəli sürülüb.

Editor.az xarici mediaya istinadən bildirir ki, görüşün apreldə və ya mayın əvvəlində, Rusiyanın İkinci Dünya Müharibəsində Almaniya üzərində qələbəsini qeyd etdiyi vaxt keçiriləcəyi ehtimal edilir.

Çin Xarici İşlər Nazirliyinin açıqlamasına diqqət çəkən xəbərdə Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyası Ofisinin direktoru Vanq Yi, Çin-Rusiya münasibətlərinə və ortaq maraq doğuran beynəlxalq və regional qaynar nöqtələri müzakirə etmək üçün səfər edəcəyi ilə bağlı verdiyi açıqlamaya diqqət çəkilərək, Vanqın sözügedən səfər zamanı Si-nin Rusiya səfərini müzakirə etməsinin gözlənildiyi bildirilib.

ABŞ dövlət katibi Entoni Blinken Çinin Rusiyaya silah tədarük etməyi düşündüyünü iddia edərək belə bir addım atmamaq barədə xəbərdarlıq edib. Çin Xarici İşlər Nazirliyi isə dünən verdiyi açıqlamada ABŞ-ın müharibə üçün silah verən ölkə olduğunu bildirib.

//Safura Bənnayeva, Editor.az