ABŞ: “Çinin Rusiyaya silah verdiyinin şahidi olmadıq, lakin bu ehtimal da masadadır”backend

ABŞ: “Çinin Rusiyaya silah verdiyinin şahidi olmadıq, lakin bu ehtimal da masadadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin sözçüsü Karin Jan-Pyer mətbuat konfransında gündəmi dəyərləndirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Çinin Ukraynadakı müharibə üçün Rusiyaya silah verməsi ilə bağlı sualı cavablandıran sözçü buna şahid olmadıqlarını, lakin məsələnin hələ də gündəlikdə olduğunu diqqətə çatdırıb.

Jan-Pyer çinli həmkarlarını Rusiyaya belə bir dəstək verəcləri təqdirdə nəticələrə də hazır olmağa çağırıb.

“Müdafiə əlaqələrində Tayvana dəstəyimiz Çin Xalq Respublikasının yaratdığı təhlükə ilə əlaqədardır və “vahid Çin” siyasətimizə aiddir. Bu dəyişməyib”,- deyə ABŞ-ın Tayvana qoşun göndərdiyinə dair iddialar barədə suala cavab verən sözçü bildirib.

//Safura Bənnayeva, Editor.az