ABŞ: “İrandan Yəmənə partlayıcı daşıyan qayığı dayandırdıq”backend

ABŞ: “İrandan Yəmənə partlayıcı daşıyan qayığı dayandırdıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Noyabrın 8-də ABŞ-ın 5-ci Donanması Oman körfəzində İrandan Yəmənə külli miqdarda partlayıcı maddələr də daxil olmaqla qaçaqmalçılıq yolu ilə silah yardımı aparan balıqçı gəmisini ələ keçirib”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı yazılı açıqlamada qeyd edilib.

ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığı, 5-ci Donanma və Birgə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Bred Kuper bu silahların daha çox orta mənzilli ballistik raket atmaq üçün istifadə olunan partlayıcı maddə olduğunu deyib.

ABŞ qüvvələrinin noyabrın 13-də Oman körfəzində gəmini batırdığı, 4 nəfərin isə bu gün Yəmənə təhvil verildiyi açıqlanıb.

//Safura Bənnayeva, Editor.az