ABŞ mediası: Ukrayna ordusu Baxmutda ən çox təlim keçmiş əsgərlərini itiribbackend

ABŞ mediası: Ukrayna ordusu Baxmutda ən çox təlim keçmiş əsgərlərini itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri bir neçə ay ərzində Baxmutda ən çox təlim keçmiş qoşunlarını itirib.

Editor.az bu barədə “The Wall Street Journal” a istinadən yazır.

“Bir neçə başqa briqadanın zabitləri deyirlər ki, son aylarda Baxmutda gedən döyüşlərdə bir neçə bölmə, o cümlədən ən yaxşı təlim keçmiş qoşunlar darmadağın edilib”. Məqalədə o da bildirilirdi ki, şəhərə yaxın yerləşən briqadalar hazırlıq səviyyələrinə görə fərqlənirlər və həmişə bir-biri ilə koordinasiyalı şəkildə əlaqə yarada bilmirlər.

Qəzetə danışan ukraynalı komandirlərdən biri bildirib ki, yaxınlıqdakı təlimsiz könüllülər batalyonu xəbərdarlıq etmədən onun ərazisini tərk etdiyi üçün mövqelər ələ keçirilib. Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin direktoru Yevgeni Priqojin ötən cümə günü şirkətin mətbuat xidməti vasitəsilə verdiyi açıqlamada “Wagner Group” qırıcılarının demək olar ki, bütün Artyomovsk şəhərini mühasirəyə aldığını bildirib. Qrupun üzvü bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin bütün logistik təchizatı və geri çəkilmə marşrutları Rusiya artilleriya bölmələrinin əhatə dairəsindədir.

//Gülnarə Abasova, Editor.az