ABŞ Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli fiziki şəxslərə və şirkətlərə məhdudiyyətlər tətbiq edib- Siyahıda kimlər var?backend

ABŞ Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli fiziki şəxslərə və şirkətlərə məhdudiyyətlər tətbiq edib– Siyahıda kimlər var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib. Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli 10 fiziki şəxs və 12 şirkətə qarşı məhdudiyyətlər tətbiq edilib.

Editor.az bildirir ki, bu barədə Departamentin fevralın 1-də yaydığı press-relizdə deyilir. Sanksiyalar Latviya, Sinqapur, Rusiya, İsrail, Özbəkistan və Kipr vətəndaşlarına, həmçinin Sinqapur, İsrail, Latviya, Kipr və Bolqarıstan şirkətlərinə şamil edilib. Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiya hərbi-sənaye kompleksinə dəstək məqsədilə sanksiyalardan yayınmaq üçün şəbəkə ilə əlaqəli bir sıra ölkələrdə 22 fiziki və hüquqi şəxsə qarşı bloklayıcı sanksiyalar tətbiq edib.

ABŞ Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalarından yan keçmək üzrə şəbəkənin əsas təşkilatçılarının Kipr əsilli rusiyalı biznesmen İqor Zimenkov, eləcə də onun oğlu Conatan olduğuna işarə edib. Vaşinqton hesab edir ki, Rusiya 2022-ci il fevralın 24-dən sonra Ukraynada müharibə aparmaq üçün yüksək texnologiyalı avadanlıq və silahlar idxal edə bildi. Həmçinin, “Zimenkov şəbəkəsi”nin üzvləri bu şirkətlərin artıq Qərbin sanksiyaları altında olmasına baxmayaraq, “Rosoboroneksport” və “Rostec”lə əlaqələri qoruyub saxlayıblar.

 //Samir Qurbanov, Editor.az