ABŞ Rusiya ilə danışmaq istəyirbackend

ABŞ Rusiya ilə danışmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Birləşmiş Ştatlar Rusiya ilə Strateji Hücum Silahları Müqaviləsi (START) üzrə dialoqa hazırdır.

Editor.az bildirir ki, bunu ABŞ dövlət katibinin silahlara nəzarət üzrə müavini Bonnie Cenkins deyib. Onun sözlərinə görə, Vaşinqton Moskvadan danışıqlara qayıtmağa hazır olduğuna dair siqnal gözləyir.

Qeyd edək ki, Rusiya və ABŞ 2010-cu il aprelin 8-də START-3 imzalayıblar. Müqvilənin müddəti 2026-cı ildə başa çatır. Bundan əvvəl ölkələr arasında 1991-ci il START Müqaviləsi və 2002-ci ildə Strateji Hücum Potensiallarının Azaldılması Müqaviləsi imzalanıb. “Ümid edirik ki, Rusiya və mən bu mövzunun müzakirəsini Ukrayna münaqişəsindən ayıra biləcəyik.

ABŞ strateji sabitlik üzrə danışıqlar masasına qayıtmaq və yoxlamaları bərpa etmək üçün Rusiya ilə təmasları bərpa etməkdə son dərəcə maraqlıdır”, – Bonni Cenkins brifinqdə bildirib.

 //Samir Qurbanov, Editor.az