ABŞ: “Ukraynaya 300 milyon dollara yaxın hərbi yardım göndəriləcəkbackend

ABŞ: “Ukraynaya 300 milyon dollara yaxın hərbi yardım göndəriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ukraynaya top mərmiləri, minaatan mərmiləri, hava-yer raketləri və sursat daxil olmaqla, təxminən 300 milyon dollarlıq əlavə hərbi yardım göndərəcəyi bildirilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, təxminən 300 milyon dollarlıq hərbi yardım paketinə təyyarələrdən atılan idarə olunmayan raketlər olan Hydra-70 raketləri də daxildir.

ABŞ rəsmilərindən verilən məlumatda göndəriləcək sursatların hamısının Pentaqonun ehtiyatlarından təmin ediləcəyi qeyd edilib.

Onu da qeyd edək ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko bəyan edib ki, Rusiyanı Ukrayna ərazisindən çıxarmaq üçün hazırlıqlar davam edir və əks-hücum üçün 8 yeni briqada yaradılıb.

//Safura Bənnayeva, Editor.az