Vaşinqton uzun mənzilli raketlərin Ukraynaya ötürülməsi barədə düşünməli olduqlarını bildirib. “Abrams” tanklarının Kiyevə verilməsindən söhbət gedib.
Editor.az bildirir ki, bu barədə ABŞ Pentaqon katibinin siyasi məsələlər üzrə müavini Colin Kal bildirib: “Uzun mənzilli raketlər haqqında: biz onlar haqqında maraqlı şərhlər eşitməkdə davam edirik.
Məncə, konkret raket üzərində fokuslanmamaq faydalıdır. Cəbhə xəttinin arxasında təlabatın ödənilməsini də davam etdirmək lazımdır. Detallara varmadan, deyəcəm ki, biz bunu hazırkı mərhələnin zəruriliyini dərk edirik və Ukraynaya bu çətinliyin öhdəsindən gəlməkdə necə kömək etmək barədə düşünməliyik. Lakin bunun hansı sistem ola biləcəyinə əvvəlcədən qərar verməyəcəyəm”.
“Abrams” tanklarından bəhs edən kal bildirib ki, bunlar çox bahalı avadanlıqdır və onlara qulluq etmək çətin olur: “Bunun çağırışlara ən yaxşı cavab olub-olmadığına dair heç bir aydınlıq yoxdur, ona görə də biz tanklar da daxil olmaqla Ukraynaya dəstək üçün hansı ağır texniki vasitələrin vaxtında və lazımi miqdarda təmin edilməsinin, habelə onların təhlükəsizliyini təmin etməyin mənasına baxmağa davam edəcəyik”, – deyə Pentaqon rəhbərinin müavini yekunlaşdırıb.
//Samir Qurbanov, Editor.az