ABŞ: Zəlzələlər təkcə Türkiyə və Suriyaya deyil, bütün dünyaya təsir edibbackend

ABŞ: Zəlzələlər təkcə Türkiyə və Suriyaya deyil, bütün dünyaya təsir edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Kahramanmaraşda baş verən zəlzələlər təkcə Türkiyə və Suriyanı deyil, dünyanı əhatə edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik mətbuat konfransında zəlzələnin görüntülərinin çox təsir edici olduğunu bildirib və insanlara kömək etmək üçün gecə-gündüz çalışdıqlarını qeyd edib.

“Biz son dərəcə çətin şəraitdə gecə-gündüz çalışan humanitar yardım qrupları və xilasedicilərin inanılmaz fədakarlığını yüksək qiymətləndiririk” deyən Prays ABŞ-ın Türkiyə və Suriyada axtarış, xilasetmə və yardım səylərini dəstəkləmək üçün əlavə avadanlıq və resursları səfərbər etdiyini diqqətə çəkib. Xarici işlər üzrə sözçü qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Suriyadakı zəlzələdən zərər çəkmiş bölgələrə yardımın çatdırılması üçün bütün gücü ilə çalışmaq, o cümlədən beynəlxalq ictimaiyyətin Türkiyədən sərhədyanı yardımın keçməsinə icazə vermək kimi mənəvi məsuliyyəti var. “Bu, siyasi deyil, insani məsələdir” deyən Prays sərhəddən keçən yardımın daha çox insanın həyatını xilas edəcəyinə diqqət çəkib. O, dünya ölkələrini Türkiyə və Suriya xalqlarına dəstək olmaq üçün əllərindən gələni etməyə çağırıb.

//Gülnarə Abasova, Editor.az