Aeroport şosesində piyadanı avtomobil vurdu – Yaralı komaya düşdübackend

Aeroport şosesində piyadanı avtomobil vurdu – Yaralı komaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Editor.az xəbər verir ki, hadisə Komsomol dairəsi kimi tanınan ərazidə qeydə alınıb.

20 yaşlı Həsənova Lamiyə Rəfael qızı sürət həddi 110 kilometr olan yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “Mercedes” markalı avtomobil vurub. Yaralı komatoz vəziyyətində xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

APA