Aİ bu gün enerji qiymətlərini cilovlamaq üçün gördüyü tədbirləri açıqlayacaqbackend

Aİ bu gün enerji qiymətlərini cilovlamaq üçün gördüyü tədbirləri açıqlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Komissiyası tərəfindən hazırlanan plan Aİ-də təbii qazdan başqa mənbələrdən enerji istehsal edən şirkətlərin gəlirlərinin artırılmasının vergiyə cəlb edilməsini, beləliklə də hökumətlərin biznes və ev təsərrüfatlarına borclarını ödəmək üçün verəcəyi dəstəyin maliyyələşdirilməsini əhatə edir.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, plan həmçinin külək, günəş və atom elektrik stansiyaları tərəfindən istehsal olunan elektrik enerjisinin meqavat/saat üçün 180 avro qiymət həddi nəzərdə tutur. Bu, təbii qazdan başqa mənbələrdən alınan elektrik enerjisinin qiymətinin indiki bazar qiymətinin yarısından aşağı salınması deməkdir. Neft, qaz və neft emalı şirkətləri 2022-ci maliyyə ilindən etibarən vergiyə cəlb olunan mənfəətlərinin 33 faizini “həmrəylik töhfəsi” kimi verməlidirlər.

//Gülnarə Abasova, Editor.az