“Air France” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Heydər Əliyev Hava Limanında qəza enişi edibbackend

“Air France” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Heydər Əliyev Hava Limanında qəza enişi edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Osaka şəhərindən Parisə uçan “Air France” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Fransaya çatmamış məcburi eniş edib.

280 sərnişini daşıyan Boeing 777-nin göyərtəsində havada tüstü görünməyə başlayıb və ekipaj Bakı hava limanında təcili eniş tələb edib. Bununla bağlı Heydər Əliyev Hava Limanında həyəcan təbili çalınıb.

Eniş zamanı bütün xüsusi təyinatlılar fövqəladə vəziyyətə hazır idi. Təyyarə uğurla eniş edib. Uçuş vaxtı 16:37. Dərhal evakuasiya həyata keçirilib. Ölən və yaralananlar olmayıb. Tüstünün səbəbini mütəxəssislər müəyyən edirlər – onlar təyyarəni vəziyyətini yoxlayırlar.

//Samir Qurbanov, Editor.az