Aleksis Sançezin yeni ünvanı: “Marsel”backend

Aleksis Sançezin yeni ünvanı: “Marsel”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aleksis Sançesin yeni klubu bəlli olmaq üzrədir.

Editor.az “sporx” a istinadən xəbər verir ki, Fransanın “Marsel” klubu Sançezlə maraqlıdır. “Marsel” nümayəndələri artıq İtaliya təmsilçisi ilə danışıqlara da başlayıb. “İnter”in əsas heyətində yer ala bilməyən Sançesin özü də bu transferə müsbət yanaşır. Ancaq transferin baş tutması üçün çilili futbolçu əmək haqqının bir qismindən imtina etməlidir.

Qeyd edək ki, Sançezin “İnter”lə müqaviləsinin bitməsinə bir il qalıb. Arxada qoyduğumuz mövsümdə Sançez 33 oyunda qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy Hacıağayev, Editor.az