Alman səfir Putini Hitlerlə müqayisə etdibackend

Alman səfir Putini Hitlerlə müqayisə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Ukraynadakı səfiri Anka Feldhusen Vladimir Putini Adolf Hitlerlə müqayisə edib.

Editor.az xəbər verir ki, o bununla bağlı “Ukrinform”a müsahibəsində dabışıb. “Tarixi bənzətmələr həmişə düzgün olmur və Almaniyanın bu məsələdə xüsusi mövqeyi var. İkinci Dünya Müharibəsində bizim günahımız yoxdur. Amma bir çox almanlar kimi mən də paralellər haqqında hər gün düşünürəm – onlar sadəcə göz qabağındadır, xüsusilə də Putinin hansısa imperiya istəyi məsələsində.

Lakin biz o imperiyanın sərhədlərini bilmirik. Mən, həqiqətən, bu barədə çox düşünürəm”, – səfir bildirib. Feldhusen Rusiyanın ukraynalılar üçün yaratdığı həbs düşərgələrindən də danışıb. “Bəli, almanlar bu barədə oxuyurlar. Təbii ki, hamı deyil, amma bizim media bu barədə çox yazır – çoxlu təfərrüatlı məqalələr var, o cümlədən Ukraynadan və hətta Rusiyadan olan mütəxəssislər də oradan çıxmağa məcbur olublar. Yəni informasiya var. Adamlar onları diplomat və peşəkarlarla eyni maraqla oxuyurlar, bilmirəm. Amma həqiqətən də bu barədə çox danışırlar”, – Anka əlavə edib. Qeyd edək ki, bundan əvvəl Almaniya kansleri Olaf Şolz ruslara Şengen vizalarının verilməsinin dayandırılması ideyasını mənfi qiymətləndirmişdi.

Samir Editor.az