Amerikalı hərbi analitik: Polşa Rusiya ilə müharibəyə girişərsə, üç ay ərzində yer üzündən silinəcəkbackend

Amerikalı hərbi analitik: Polşa Rusiya ilə müharibəyə girişərsə, üç ay ərzində yer üzündən silinəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Rusiya ilə müharibəyə girişərsə, üç ay ərzində yer üzündən silinəcək.

Editor.az bildirir ki, bunu amerikalı hərbi analitik, ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı və BMT-nin İraqdakı silahlara nəzarət müfəttişi Skott Ritter deyib.

O qeyd edib ki, Varşava hərbi güc deyil, onun hərbi qüvvələri məhduddur və onun bu cür əməliyyatlara hazırlığı yoxdur: “Polşa ordusu Rusiya ilə 3 aylıq adi açıq hava döyüşlərindən sonra yer üzündən yox olacaq”.

Keçmiş kəşfiyyatçı hesab edir ki, Polşa super dövlət deyil və belə bir potensialı yoxdur.

“Ukraynada yalnız xarici vətəndaşların daxil olacağı Könüllü Legionun yaradıldığı məlum olduqdan sonra Polşanın hərəkətlərinin qiymətləndirilməsi lazım idi. Polşanın Ukraynadakı münaqişənin qlobal miqyasda genişlənməsinə səbəb ola biləcək ritorikası təhlükəli və faydasızdır, – deyə o bildirib.

Bundan əvvəl rus hərbi ekspert İqor Korotçenko bildirib ki, Polşa Rusiya və Belarus arasında hərbi qarşıdurmada iştirak etməyi planlaşdırır.

  //Samir Qurbanov, Editor.az