Avropa İttifaqı inflyasiya ilə qarşı-qarşıyabackend

Avropa İttifaqı inflyasiya ilə qarşı-qarşıya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə Aİ Liderləri Zirvə görüşündən sonra keçirilən mətbuat konfransında çıxış ediblər.

Editor.az xarici mediaya istinadən bildirir ki, Zirvədə ABŞ ilə əlaqələrə dair uzun və strateji müzakirələr aparıldığına diqqət çəkən Mişel, bir çox sahədə ABŞ-ın etibarlı və sadiq müttəfiqi olmaqda qərarlı olduqlarını bildirib.

Mişel, “Avropa şirkətlərinin deinflyasiya qanunundan azad edilməsi üçün ABŞ ilə danışıqlar aparmaq istəyirik”,-deyə qeyd edib.

Kanada və Meksikanın sözügedən qanundan azad olduğunu xatırladan Mişel onu da qeyd edib ki, Avropa işgüzar dairələrinin maraqlarını qorumaq üçün ABŞ ilə aktiv dialoq qurmağa qərarlıdır. O, ABŞ-ın öz bizneslərini dəstəkləmək üçün verdiyi qərarların hazırda enerji böhranı yaşayan Avropadakı şirkətlərə mənfi təsir göstərməsinin qarşısını alması lazım olduğunu da vurğulayıb: “Bizim rəqabət qabiliyyətimizi qorumaq üçün iddialı bir strategiyaya ehtiyacımız var. İqtisadi və sosial quruluşumuzu Avropaya sürətli bir şəkildə təqdim edirik”.

//Safura Bənnayeva, Editor.az