Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları uzadıbbackend

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası Rusiyaya qarşı fərdi sanksiyaların müddətinin 2023-cü il martın 15-dək uzadıldığını açıqlayıb.

Editor.az-ın xarici mediaya əsasən məlumatına görə, bu barədə Avropa Şurasından verilən yazılı açıqlamada bildirilib.

Bəyanatda Aİ Rusiyanın mülki əhaliyə və mülki infrastruktura qarşı ayrıseçkilik etmədən hücumlarını qətiyyətlə pislədiyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün qoşunlarını və hərbi texnikasını Ukrayna ərazisindən dərhal və qeyd-şərtsiz çıxarmağa çağırdığı qeyd edilib.

Ümumilikdə isə 1206 fiziki şəxs və 108 qurumu hədəf alan sanksiyalara fiziki şəxslərin səyahətinə məhdudiyyətlər siyahıya alınmış fiziki və hüquqi şəxslərə vəsait və ya digər iqtisadi resursların köçürülməsinə qadağalar daxil edilib.

//Safura Bənnayeva, Editor.az