Avstraliya Ukraynaya Amerika istehsalı olan 41 “Hornet” qırıcısı verə bilərbackend

Avstraliya Ukraynaya Amerika istehsalı olan 41 “Hornet” qırıcısı verə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya hakimiyyəti Amerika istehsalı olan 41 McDonnell Douglas F/A-18 Hornet qırıcısının Kiyevə təhvil verilməsi ilə bağlı ABŞ və Ukrayna ilə danışıqlar aparır.

Editor.az bildirir ki, bu barədə “Australian Financial Review” qəzeti mənbələrə istinadən yazıb. Qırıcıların bir hissəsi ehtiyat hissələri üçün istifadə oluna bilər, lakin avadanlıqların mümkün transferi Ukrayna ilə danışıqların mətbuata düşdüyü sövdələşmələrin ən böyüyü ola bilər. “Hornet “dördüncü nəsil qırıcısı olub, hələ də ABŞ, İspaniya, Kanada, İsveçrə, Finlandiya, Malayziya və Küveytdə xidmətdədir.

Onlar İraq, Əfqanıstan, Serbiya, Liviya və Suriya da daxil olmaqla bir sıra hərbi münaqişələrdə istifadə olunub. Avstraliya ordusunda onlar beşinci nəsil təyyarələrlə əvəz olunduğu üçün istismardan çıxarılıb. “Financial Review”in məlumatına görə, danışıqlar uğurlu olarsa, təyyarələr dörd aydan sonra hazırlıq vəziyyətinə gətirilə bilər. Kiyev, Kanberra və Vaşinqton bununla bağlı rəsmi açıqlama verməyib.

  //Samir Qurbanov,Editor.az