Ayxan Hacızadə: “Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olaraq qalmaqdadır”backend

Ayxan Hacızadə: “Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olaraq qalmaqdadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olaraq qalmaqdadır”.

“Report” Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidməti idarəisinin rəisi Ayxan Hacızadə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin iddialarına cavabında deyib.

O bildirib ki, son 30 il ərzində İran faktiki olaraq, səssiz razılığı ilə, Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yummuşdur:

“Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-in dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur”.