Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası: Moskva “bizsiz olmaz” deyirbackend

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası: Moskva “bizsiz olmaz” deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə maksimum yardım göstərməyə hazırdır.

Bildirir ki, bunu Rusiya diplomatiyasının rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O qeyd edib ki, Rusiya unikal kartoqrafik materiallara və təcrübəyə malikdir. “Oxşar prinsiplər Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılmasına da aiddir.

Söhbət Azərbaycanın qərb rayonlarını Ermənistanın Sünik rayonu ərazisindən keçməklə Naxçıvanla birləşdirən marşrutdan gedir”, – Mariya Zaxarova bildirib. Diplomat, həmçinin kompromislərin inkişaf etdirilməsi üçün yaxşı sübut edilmiş mexanizm kimi üç ölkənin baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupundan danışıb. O, Bakı və İrəvanı siyasi iradə nümayiş etdirməyə və üçtərəfli formatda qarşılıqlı fəaliyyəti bərpa etməyə çağırıb.

//Samir Qurbanov, Editor.az