“Azərbaycana il ərzində 2 milyona yaxın turist gəlib”-Millət vəkilindən AÇIQLAMAbackend

“Azərbaycana il ərzində 2 milyona yaxın turist gəlib”-Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2023-cü ildə Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur”.

Bu sözləri Editor.az-a 2023-cü ilin iqtisadi göstəriciləri ilə bağlı danışarkən millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, ilkin statistikaya görə, Azərbaycana il ərzində 2 milyona yaxın turist gəlib və bu əvvəlki illərlə müqayisədə 30 faizdən çoxdur:

“Ölkəyə gələn turistlərin sayının artmasında Azərbaycanda keçirilən beynəlxalq tədbirlər mühüm rola sahibdir. Beynəlxalq tədbirlər bir tərəfdən ölkənin tanıdılmasında xüsusi əhəmiyyətə malikdirsə, digər tərəfdən Azərbaycana sərmayələrin cəlb edilməsi baxımından da olduqca mühümdür. Bu isə öz növbəsində ölkə iqtisadiyyatına öz müsbət töhfəsini verir”.

//Gülnarə Abasova, Editor.az