Azərbaycanda ŞOK OLAY: 11 yaşlı oğlanı kənddən oğurladılar və…backend

Azərbaycanda ŞOK OLAY: 11 yaşlı oğlanı kənddən oğurladılar və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda atasının avtomobilindən oğurluq edən şəxsi görən azyaşlı oğurlanmaq təhlükəsi ilə üz-üzə qalıb.

“Report”un verdiyi məlumata görə, hadisə Quba rayonunun Əliməmmədoba kəndində qeydə alınıb.

 

Bir neçə gün əvvəl Əliməmmədoba kənd sakini 11 yaşlı E.Həsrətov yaşadığı evin qarşısında atasına məxsus minik avtomobilindən naməlum şəxsin oğurluq etməsinin şahidi olub. Həmin şəxs azyaşlını gördükdə dərhal ərazidən uzaqlaşıb. Lakin bir neçə gün sonra E.Həsrətovu qaçıraraq, kəndin kənarına gətirib və gördüklərini kiməsə danışacağı təqdirdə onu öldürəcəyi ilə hədələyib.

Naməlum şəxsin əlindən xilas olmağı bacaran azyaşlı başına gələnləri valideynlərinə danışıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Kənd sakinləri yeniyetmənin növbəti dəfə qaçırılacağından ehtiyat edərək, nəzarət tədbirləri həyata keçirməyə başlayıblar. Bu gün gecə saatlarında sakinlər kənd ərazisinə qeydiyyat nişanı olmayan avtomobilin hərəkət etdiyini müşahidə edərək, onu saxlayıblar. Qonşu Hacıhüseynli kəndindən olan 2 nəfər Əliməmədobaya niyə gəldiklərini əsaslandıra bilməyib. Bundan şübhələnən sakinlər polisə məlumat veriblər.

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın yekununda saxlanılan şəxslərin təqsirkar olub-olmaması məlum olacaq.

Loading...