Azərbaycanda tələbə universitetin yuxarı mərtəbəsindən yıxıldı – VİDEObackend

Azərbaycanda tələbə universitetin yuxarı mərtəbəsindən yıxıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbənin məhəccərdə akrobatika hərəkətləri göstərərkən yıxılmasını əks etdirən videogörüntü narahatlığa və müzakirələrə səbəb olub. Çoxları tələbənin hadisə zamanı həyatını itirdiyini düşünüblər.

ADPU-dan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisənin “qəhrəman”ı sağ-salamatdır:

“Hadisə beş ay əvvəl olub. Tələbə yuxarı mərtəbələrdə, sadəcə, video çəkmək üçün fənd işlətmək istəyib, lakin belə bir hadisə baş verib. Xoşbəxtlikdən, yalnız bir mərtəbə aşağıdakı hissəyə düşüb. Yaralanma və zədələnmə baş verməyib. Hadisə dərs zamanı olmayıb”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, hadisə ilə bağlı hər hansı bir çağırış daxil olmayıb.

Xatırladaq ki, ADPU-da tələbənin səhlənkarlıq edərək həyatını riskə atması ilə bağlı görüntülər dünən yayılıb. Gənc məhəccərdən tutaraq riskli hərəkətlər edərkən tarazlığını itirib və yıxılıb.