Bakı-Quba yolunda qəza: Yol təsərrüfatına ziyan dəydi – FOTO/VİDEObackend

Bakı-Quba yolunda qəza: Yol təsərrüfatına ziyan dəydi – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 12-ci kilometrində yol təsərrüfatına ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, yük maşını idarəetmədən çıxaraq beton arakəsmə maneələrə dəyib. Nəticədə beton maneələr və bir işıq dirəyi sıradan çıxıb.

Dərhal əraziyə Agentliyin əməkdaşları gələrək yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görüb, hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin ediblər.

Qəza nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.