Bakıda 15 yaşlı qızı evlənmək məqsədilə qaçırıblarbackend

Bakıda 15 yaşlı qızı evlənmək məqsədilə qaçırıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda itkin düşmüş 15 yaşlı qızın evlənmək məqsədilə qaçırıldığı məlum olub.

Editor.az APA-ya istinadən bildirir ki, Nizami rayon Polis İdarəsinə paytaxt sakini, 2007-ci il təvəllüdlü R. Hüseynovanın itkin düşməsi ilə bağlı yanvarın 17-də məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində R. Hüseynovanın sevgi münasibətində olduğu Məhəmməd adlı şəxslə əvvəldən razılaşaraq evlənmək məqsədilə evdən qaçdığı müəyyən edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.