Bakıda erməni divanı: Daha bir zərəçəkənin tükürpədən ifadəsibackend

Bakıda erməni divanı: Daha bir zərəçəkənin tükürpədən ifadəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təqsirləndirilən şəxslər məhkəmədə özlərini məzlum göstərsə də, Şuşa həbsxanasında cəllad idilər. Hər ikisi Azərbaycan dilini bilirlər. Mən 1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə əsir düşmüşəm. Həmin gün bizi Ağdamda saxladılar, orada bizi öldürmək istəyirdilər.

Editor.az xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları – 1969-cu il təvəllüdlü Mkrtçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin Yasamal rayon Məhkəməsində keçirilən məhkəməsində çıxış edən zərərçəkmiş, Beyləqan rayon sakini Cavid Hüseyn bildirib.

O, daha sonra ifadəsində qeyd edib:

“Sonradan onlara məlumat gəldi ki, bizi dəyişəcəklər. Bizi əvvəlcə Xankəndiyə aparıb döydülər, daha sonra Şuşa həbsxanasına apardılar. Orda dəmir boru ilə başımıza vururdular. Şuşa həbsxanasının qarşısı buz bağlamışdı, oranı bizə təmizlətdilər, məni orda dəmir parçası ilə döyüb qarın altında basdırdılar.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları gəlmişdi, onlar mənim vəziyyətimi görməsin deyə, məni karsa atdılar. Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan mənim əllərimi bağladı, həbsxananın rəis müavini məni döyməyə başladı. Mənə sual verdilər ki, Qarabağ bizimdir, yoxsa sizin? Mən cavab verdim ki, Qarabağ bizimdir . Məni dəyənəklə elə döydülər ki, gözüm çıxdı. Sonra yenə bizə baş çəkməyə Beynəlxalq Qırmızı Xaç Komitəsi gəldi. Yenə də mənim bu vəziyyətimi görməmək üçün karsa saldılar”.

Cavid Hüseyn bildirib ki, Şuşa həbsxanasında olanda uşaq bağçalarından uşaqları gətirərək, onlara əsirləri göstəriblər:

“Dedilər ki, bunlar türkdür, bizim düşmənlərimizdir, onlara yaxın getməyin, sizi öldürərlər. Onlar uşaqları faşist kimi böyüdürdülər. Bizi müxtəlif alətlərlə döyürdülər. Həbsxanada olanda bunlar türməyə qız gətirirdilər. Qızların gözləri qarşısında bizi döyürdülər və bu hərəkətlərini qızlara göstərməklə fəxr edirdilər”.

Cavid Hüseyn bildirib ki, ona işgəncə verən Mkrtçyanın əlinin üstündə LMN yazısı var idi.

Prokuror həmin faktın müəyyən olunmasını məhkəmədən xahiş edib. Baxış zamanı fakt təsdiqlənib.

//Axar.az

Loading...