Bakıda qəbiristanlıqdan dəmir barmaqlıqlar oğurlanıbbackend

Bakıda qəbiristanlıqdan dəmir barmaqlıqlar oğurlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qəbiristanlıqdan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Bakıxanov qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda məzarlardan birinin ətrafına çəkilmiş 1500 manat dəyərində dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Ata Məmmədli, Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Orucov və Bakı şəhər sakini Ağa Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların daha üç məzardan 2500 manat dəyərində dəmir barmaqlıqlar oğurlamaları da müəyyən olunub.