Bakıda toyda bıçaqlanan tamadanın son vəziyyəti AÇIQLANDIbackend

Bakıda toyda bıçaqlanan tamadanın son vəziyyəti AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən günlərdə Bakıda məşhur tamada Natiq Dağlaroğlu (Yaqub Mehdiyev) “Altun” sarayından oğlu ilə birlikdə çıxarkən 1987-ci il təvəllüdlü Məmməd Hüseynov adlı şəxs tərəfindən bıçaqlanıb.

Tamadanın vəziyyəti ilə bağlı Oxu.Az-a danışan oğlu Məhəmməd İsak əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilən atasının hələ də palataya köçürülmədiyini bildirib.

“Əvvəlki halına nisbətən yaxşılaşmağa doğru getsə də, tam olaraq yaxşı demək olmaz. Atam hələ də reanimasiyadadır. Özünə gəlməyini gözləyirik”, – deyə oğlu qeyd edib.