Belarus da “Su-25” istehsal edəcəkbackend

Belarus da “Su-25” istehsal edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Rusiya ilə birlikdə “Su-25” hücum təyyarələrinin istehsalına başlamağa hazırdır Editor.az-ın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə Novo-Oqaryovoda keçirilən danışıqlardan sonra deyib.

Su-25, Sukhoi Dizayn Bürosu tərəfindən hazırlanmış hücum təyyarəsidir, bu tip təyyarələr 1981-ci ildən istismardadır. 2009-cu ildə Rusiya Müdafiə Nazirliyi Su-25-lərin alışını bərpa etdiyini açıqlayəb: “Hökumətdə mənə məlumat verildiyi kimi, onlar Ukraynada özünü yaxşı göstərən “Su-25” təyyarəsinin istehsalına girişməyə hazırdırlar.

Biz hətta Rusiya Federasiyasının müvafiq kiçik texnoloji dəstəyi ilə onu Belarusda da istehsal etməyə hazırıq”. – Lukaşenko deyib. O, həmçinin ölkədə komponentlər istehsal edən üç təyyarə zavodunun – iki hərbi və mülki zavodun olduğunu da xatırladıb. Qeyd edək ki, 2022-ci ilin yayında Sankt-Peterburqda keçirilən görüşdə Putin Belarus prezidentinə Rusiyadakı aviasiya zavodlarında Belarusla birlikdə “Su-25”ləri yenidən təchiz etməyi və uçuş heyətlərinin təliminə başlamağı təklif edib.

  //Samir Qurbanov, Editor.az