Bir yaşlı oğlunu boğaraq öldürən ata ilə bağlı cinayət işi başladıldı – RƏSMİ + YENİLƏNİBbackend

Bir yaşlı oğlunu boğaraq öldürən ata ilə bağlı cinayət işi başladıldı – RƏSMİ + YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlayıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

11:33

Bakının Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

“Report” xəbər verir ki, 28 yaşlı Vüsal Əliyev 1 yaşlı oğlu R.Əliyevi boğaraq qətlə yetirib.

V.Əliyev tutulub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Loading...