Bloomberg: ABŞ-ın enerji sektoru və hərbi sənaye kompleksi Rusiyaya qarşı sanksiyalardan təsirlənəcəkbackend

Bloomberg: ABŞ-ın enerji sektoru və hərbi sənaye kompleksi Rusiyaya qarşı sanksiyalardan təsirlənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonun Rusiyaya qarşı tətbiq etməyi planlaşdırdığı yeni sanksiyalar ölkənin hərbi-sənaye kompleksi, enerji sektoru və maliyyə qurumlarına təsir edəcək.

Editor.az xəbər verir ki, Bloomberg bu barədə öz mənbələrinə istinadən xəbər verir. Saytda gedən məlumatlara görə, Co Bayden administrasiyası Rusiyaya qarşı əsas sektorları hədəfə alacaq yeni sanksiyalar paketi tətbiq etməyi, habelə ixraca nəzarəti gücləndirməyi planlaşdırır.

Məlumata görə, ABŞ və müttəfiqləri sanksiyalara məhəl qoyulmaması ilə yanaşı, Rusiyanın üçüncü ölkələrdən dəstəyinin qarşısının alınmasında yaxından iştirak edəcək. Avropa İttifaqının (Aİ) gələn həftə təsdiqləməyi planlaşdırdığı yeni sanksiyalar paketi çərçivəsində Rusiyaya sanksiya tətbiq edilən aktivləri ilə bağlı bankları və digər qurumları məlumat verməyə məcbur etməsinin gözlənildiyi diqqətə çatdırılır. Növbəti sanksiyaların qüvvəyə minməsi bütün Aİ ölkələrindən tələb olunacaq. Xəbərdə G7 ölkələri (İngiltərə, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) və Aİ-nin Rusiyaya sanksiyaları aradan qaldırmağa kömək edə biləcək şirkətlərə təzyiqi artırmağı planlaşdırdığı vurğulanıb. Eyni zamanda, Moskvaya kömək edə biləcək ölkələrə də diplomatik təzyiqlər artırılacaq.

//Gülnarə Abasova, Editor.az