Braziliya da Türkiyəyə dəstək oldubackend

Braziliya da Türkiyəyə dəstək oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 6-da baş verən və 40 mindən çox insanın həyatına son qoyan zəlzələlərdən sonra Türkiyəyə dəstək əlaməti olaraq, xilaskar Məsihin Rio-de-Janeyrodakı heykəli proyeksiya edilib.

Editor.az bildirir ki, abidənin üzərində ingilis və portuqal dillərində Türkiyə üçün dua etməyə çağıran yazı var. Qeyd edək ki, fevralın 6-na keçən gecə Türkiyənin Şərq vilayətlərində (Suriya sərhədindən 50 km-dən az məsafədə) 7,7 bal gücündə zəlzələ baş verib. Nəticədə 38 mindən çox insan həyatını itirib.

//Samir Qurbanov, Editor.az