“Bu bölgə tarixi Rusiya ərazisidir” – Züqanovdan skandal iddiabackend

“Bu bölgə tarixi Rusiya ərazisidir” – Züqanovdan skandal iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zaporojedə Rusiyaya birləşməklə bağlı referendumun keçirilməsi bu regionun tarixi vətəninə qaytarılması demək olacaq, bu, işğaldan azad edilmiş (işğal olunmuş – red.) digər ərazilərə də aiddir”.

Bunu Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov deyib.

“Donbasda təhlükə yarananda vətəndaşlar qərar qəbul edərək azad yaşamaq hüquqlarını müdafiə etdilər. Əminəm ki, onlar yaxın vaxtlarda öz vətənlərinə qayıdacaqlar. Donbas SSRİ tərəfindən salınıb, Donbas əsas ümumittifaq tikinti sahəsi idi. Bu, Zaporoje, Xarkov, Odessa, Nikolayev və Xersona da aiddir”, – partiya lideri bildirib.

Bundan əvvəl Ukraynanın işğal edilmiş Zaporoje vilayətindəki işğalçı rejimin başçısı Yevgeni Balitski regionun Rusiyaya birləşdirilməsi ilə əlaqədar “referendum”un keçirilməsi haqda “sərəncam” imzalayıb.

Hazırda Zaporojenin təxminən 72-73%-i işğal edilib. Vilayətin mərkəzi şəhəri Zaporoje Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir.

Teleqraf.com