Bu gün Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq mümkün deyilbackend

Bu gün Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq mümkün deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq üçün təşkilata əksər ölkələrin dəstəyi lazımdır. Bu çoxluq bu gün mövcud olmasa da, gələcəkdə vəziyyət dəyişə bilər.

Editor.az bildirir ki, bunu Polşanın BMT-dəki daimi nümayəndəsi Krzysztof Szczerski “Polskie Radio”ya müsahibəsində deyib: “Rusiya BMT Təhlükəsizlik Şurasına üzv olmaq və ya ona sədrlik etmək üçün seçilməyib. Bunun qanunla əlaqəsi var. Bunu dəyişdirmək üçün Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi dəyişdirilməlidir və bu, yekdillik tələb edir. …Bu gün Rusiyanı BMT-dəki yerindən məhrum edəcək çoxluq yoxdur”, – diplomat bildirib.

Qeyd edək ki, apreldə Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Bununla əlaqədar, Sergey Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyəti Təhlükəsizlik Şurasının iclaslarında iştirak etmək üçün ABŞ-a gəlib.

   //Samir Qurbanov,Editor.az