Bu qış elektrik enerjisində fasilələr ola bilərbackend

Bu qış elektrik enerjisində fasilələr ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi səbəbindən enerji böhranı yaşanan Avropada qışa həyəcanlı hazırlıq gedir. Bu Avropa ölkələrindən biri də Fransadır. Ölkədə qış ayları soyuq keçərsə, evlərdə elektrik enerjisinin kəsilə biləcəyi açıqlanıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Fransanın Enerji Tənzimləmə Komissiyasının prezidenti Emmanuel Varqon ölkədə elektrik enerjisi və qaz qıtlığı ilə bağlı açıqlamasında danışıb. Varqonun sözlərinə görə, Fransada qış mövsümünün problemsiz keçib-keçməyəcəyi müəyyən şərtlərdən asılıdır. Əgər qış soyuq keçərsə, müəssisələrdə qaz çatışmazlığı ola biləcəyini və ümumiyyətlə elektrik enerjisinin dayandırlması ehtimalının olduğu mesajını da verib. Varqon elektron cihazlarının gecə işləməsi, qızdırıcıların pik saatlar xaricində istifadəsi kimi qənaət tədbirlərini təklif edərək elektrik enerjisindən istifadə tariflərinə yaxın günlərdə yenidən baxacaqlarını bildirib.

//Safura Bənnayeva, Editor.az