Çavuşoğlu Nyu- Yorkda: “ABŞ ilə problemlərimizi həll etmək istəyirik”backend

Çavuşoğlu Nyu- Yorkda: “ABŞ ilə problemlərimizi həll etmək istəyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin F-16 qırıcıları alışının gündəmdə olması, Ankaranın Finlandiya və İsveçin NATO üzvlüyünə dəstək verməyəcəyi ilə bağlı açıqlamalarından sonra Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfər edib.

Editor.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın Nyu York şəhərindəki Türkevidə “Türk-Amerikan icması” üzvləri ilə görüşən Çavuşoğlu bir sıra açıqlamalar verib.

“Bu çətin dövrdə müstəqil siyasət yürütmək asan deyil. İstər ölkələr, istərsə də beynəlxalq təşkilatlar, xüsusilə böhran anlarında hər biri öz tərəfinin tutulmasını istəyir və buna təzyiq göstərirlər. Diplomatiyada bunun çox da yetkin bir münasibət olmadığını görürük. Türkiyə heç vaxt belə bir yola əl atmayıb, əksinə, küsmüş və nifaq salan ölkələri barışdırmaq, problemlərini həll etmək üçün etimad yaradan addımlar atmağa səy göstərib”,- Türkiyə XİN rəhbəri deyib.

Eyni zamanda, Çavuşoğlu Türkiyənin ABŞ-la problemlərini həll etmək istədiyini diqqətə çəkib.

//Gülnarə Abasova, Editor.az