Deputat Naira Zöhrabyan: “Mən Polad Həşimov küçəsində yaşayıram…” – Fotobackend

Deputat Naira Zöhrabyan: “Mən Polad Həşimov küçəsində yaşayıram…” – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin deputatı Naira Zöhrabyan (“Çiçəklənən Ermənistan” fraksiyası) özünün “Facebook” səhifəsində azərbaycanlıların Google Maps-da Yerevanın mərkəzi küçələrinin adını dəyişdirdiyini, öz şəhid və qəhrəmanlarının adlarını verdiyini bildirib.

Editor.az xəbər verir ki, deputat bununla bağlı Google Maps-dan skrin paylaşıb.

“Google Maps xəritələrində azərbaycanlılar Yerevanın mərkəzi küçələrinin adlarını öz qəhrəmanlarının şərəfinə dəyişdiriblər. Faktiki olaraq mən Polad Həşimov (Azərbaycanın şəhid Milli Qəhrəmanı, general,-reed.) küçəsində yaşayıram. Türklərlə sülhü təbliğ etməkdə davam edin”,-deputat bildirib.