Deputatın köməkçisi ölkədən qaçıb – İDDİAbackend

Deputatın köməkçisi ölkədən qaçıb – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Erkin Qədirlinin köməkçisi Nicat Məmmədli Azərbaycanı tərk edib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, deputatın köməkçisi Amerika Birləşmiş Ştatlarına mühacirət edib.

Məsələ ilə bağlı Erkin Qədirlinin mövqeyini öyrənməyə çalışsaq da danışmaq cəhdimiz baş tutmadı.

Qeyd edək ki, Milli Məclisin rəsmi saytında digər deputatlardan fərqli olaraq, Nicat Məmmədlinin adı  köməkçiləri siyahısında  əks olunmayıb.

REAL Partiyasının adının çəkilməsini istəməyən funksionerlərindən biri də belə bir olayın olduğunu təsdiqləyib.

//gununsesi.info